Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:19
Oktyabrın 15-dən “Oxu zalı”nda bədii əsərlərin çapı ilə bağlı yeni qaydalar tətbiq edilir .

Bundan sonra “Ədəbi Azadlıq” Milli Müsabiqəsinin onluğuna keçmiş yazarların bədii əsərləri növbədən kənar çap ediləcək.

Bu, müsabiqə təsis ediləndən bəri müəyyənləşmiş bütün onluqlara, yəni 2010, 2011 və 2012-ci (şeir, hekayə) illərdə müsabiqələrin qısa siyahısına keçən bütün yazarlara aiddir.

Həmin yazarların hər biri mütəmadi olaraq “Oxu zalı”na öz yeni - başqa media orqanlarında çap edilməmiş şeir və hekayələrini yollaya bilərlər.

Növbədənkənar çap ilə bağlı yenilik "Ədəbi Azadlıq" roman ödülünün sahiblərinə və kitabı "Oxu zalının seçimi" seriyasında nəşr edilmiş müəlliflərə də aiddir.

"Oxu zalı"na göndərilən digər əsərlər bir müddət toplandıqdan sonra imzasız olaraq adı açıqlanmayan Münsifə göndəriləcək.

Onun çapa münasib saydığı əsərlər "Oxu zalı"na yerləşdiriləcək.

Bu yenilik "Ədəbi Azadlıq" müsabiqəsinin ilk - imzasız oxunuş mərhələsinin təcrübəsinə əsaslanır.

Və son 3 ayda sınaqdan keçirilirdi.

Həmin dövrdə sözügedən qaydalarla çap edilmiş hekayələr:

NARINGÜL "Çətir"

Yusif Şükürlü "Çəkic pulu"

Nadir Qocabəyli "İtki"

Təranə Vahidqızı “İntihar”

Sultan Mərzili "Kino"


Şeirlər:

Elxan Zal. Meqa polisin şeirləri

Seyid Ramin. Şeirlər

Elmar, Nilufər və Nigardan şeirlər

Hazırda son bir neçə həftə ərzində "Oxu zalı"na göndərilmiş şeir və hekayələr Münsifdədir və onun seçdiyi əsərləri gələn həftənin sonundan etibarən çap etməyə başlayacağıq.

Daha redaktorun qərarı ilə başqa KİV-lərdən hekayə və şeirlər götürülüb "Oxu zalı"nda dərc edilməyəcək.

Münsif təcrübəli yazarlar, yaxud tənqidçilər arasından seçiləcək və adları ilin tamamında açıqlanacaq.

Əsərləri bu ünvana göndərməyinizi xahiş edirik: oxuzali@azadliqradiosu.az

Yeni qaydalarda məqsədimiz - yalnız yaxşıların yaxşısını çap etməkdir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG