Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Türkiyə qadınları abortun məhdudlaşdırılmasına qarşı


İyunun 3-də İstanbulda yüzlərlə qadın hökumətin hamiləliyin dövrünə görə abortun məhdudlaşdırılması planına etiraz olaraq aksiya keçirib.

"Mənim bədənim mənim seçimim" yazılmış plakatlar götürüb və hökumət əleyhinə şüarlar səsləndirib. Onların aksiyasına kişilər də qatılıb.

Bundan əvvəl baş nazir Recep Tayyip Erdogan abortu "qətl" kimi qiymətləndirmişdi.

Məlumatlara görə, onun hökuməti fövqəladə hallar istisna olmaqla abortu qadağan edən qanun layihəsi üzərində işləyir.

Türkiyənin səhiyyə naziri Recep Akdag ötən həftə deyib ki, bu ay parlamentə təqdim oluna bilər.

Yeni layihəyə görə aborta icazənin 10 həftədən 4 həftəyə azaldılması nəzərdə tutulur.

10 həftəyə qədər abort 1983-cü ildən qanuni hesab edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG