Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:38

Putin Asiya ölkələrinə səfərə çıxır


Rusiya prezidenti Vladimir Putin iyunun 4-də Asiya ölkələrinə 4 günlük səfərə çıxır.

O səfər çərçivəsində Özbəkistan, Çin və Qazaxıstanda olacaq.

Bu barədə mayın 3-də jurnalistlərə Vladimir Putinin köməkçisi Yuriy Uşakov məlumat verib.

Onun Daşkəndə səfəri zamanı Özbəkistanın MDB azad ticarət zonasına daxil olması ilə bağlı memorandum imzalanacağı gözlənilir.

Vladimir Putin Çinə səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə də qatılacaq.

O sammit çərçivəsində Əfqanıstan prezidenti Hamid Karzai və İran prezidenti Mahmud Ahmedinejadla da görüşməlidir.

Putinin regiona səfəri iyunun 7-də Astana səfərilə yükunlaşacaq.

Bu görüşlərdə ikitərəfli münasibətlər və əməkdaşlıq məsələləri müzakirə olunacaq.
XS
SM
MD
LG