Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:14

Azərbaycan dünya kubokunda qızıl medal qazanıb


Foto arxiv
Foto arxiv
İyunun 1-də Rusiyanın paytaxtı Moskvada avarçəkmə üzrə baydarka və kanoe üzrə Dünya Kubokunun III mərhələsibaşlayıb.

Azerisport.com saytının məlumatına görə Azərbaycan yığması bu yarışda 3 medal qazanıb.

Kanoeçi Andrey Kraytor 200 merlik məsafədə qızıl, 500 metlik məsafədə isə gümüş medal qazanıb.

Kanoeçilər Sergey Bezuqlıy və Maksim Prokopenko isə 500 metrlik məsafədə bürünc medal qazanıblar.

Azərbaycanı bu yarışda 4 kanoeçi – Valentin Demyanenko, Andrey Kraytor, Sergey
Bezuqlıy, Maksim Prokopenko və 5 baydarkaçı–Mirnazim Cavadov, Tamerlan Mustafayev, Aleksandr Piçugin, Yasin Əhmədov və Amil Hüseynli ilə təmsil edirlər.
XS
SM
MD
LG