Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:56

Serbiya prezidentinin oğlu Azərbaycanda məşqçi ola bilər


Foto arxiv
Foto arxiv
“Azərbaycandan təklif alsam, bunun haradan olacağını nəzərə alacam.
Çünki klublarda çalışmaq istəmirəm”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın U-15 futbol yığmasının baş məşqçisi Branislav Nikoliç deyib.

I Qəbələ Kubokunda komandası finala çıxan məşqçi Azərbaycanda işləməyin əleyhinə olmadığı deyib, amma bunun üçün 2 şərt irəli sürüb.

Nikoliç deyib ki, əsasən milli səviyyəsində çalışdığından Azərbaycandan təklif gələcəyi halda yalnız aşağı yaş qrupları üzrə yığmalarda işləyərdi.

Amma bir şərtlə ki, Azərbaycana öz məşqçilər qrupu ilə gəlsin və ordakı şərait hətta
Qəbələdə gördüklərindən də yüksək olsun.

Finalda Serbiya millisi ilə Türkiyənin Qalatasaray klubu qarşılaşacaq.
XS
SM
MD
LG