Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:46

Mubarakin ölüm hökmü almamasından qəzəblənənlər küçələrə çıxdılar


Misirin keçmiş prezidenti Hosni Mubarakin ömürlük azadlıqdan məhrum edilməsindən sonra paytaxt Qahirədə keçirilmiş aksiyadan görüntü

Misirin keçmiş prezidenti Hosni Mubarakin ömürlük azadlıqdan məhrum edilməsindən sonra paytaxt Qahirədə keçirilmiş aksiyadan görüntü

Misirin keçmiş prezidenti Hosni Mubarakin ömürlük azadlıqdan məhrum edilməsindən sonra ölkədə gərginlik artıb. Paytaxt Qahirədə və daha bir neçə şəhərdə etiraz aksiyaları keçirilir. Qahirənin Tahrir meydanında yığışan nümayişçilər Mubaraka verilən cəzanın az olduğuna etiraz edirlər.

Onların çoxu dünən gecəni də bu meydanda keçirib.

Bir qrup aksiyaçı isə prezidentliyə namizəd, Mubarak dövründə baş nazir olmuş Ahmed Shafikin seçki kampaniyasının həyata keçirildiyi binaya hücum edib.

Etirazçılar bildiriblər ki, onlar ədalətin yerini tapmasını tələb edir, rüşvətxorluğa qarşı mübarizə aparırlar.

84 yaşlı Hosni Mübarak və daxili işlər naziri Habib al-Adly iyunun 2-də ömürlük azadlıqdan məhrum ediliblər. Onlar hökumət əleyhinə keçirilən aksiyalarda öldürülən nümayişçilərin qətlində ittiham olunublar. Həmin aksiyalarda 850-dən artıq adam öldürülmüşdü. Mubarakin korrupsiyada ittiham olunan iki oğlu isə bəraət alıb.

Hosni Mubarak “Ərəb baharı” nəticəsində məhkəməyə çıxarılan ilk dövlət başçısı olub. Misirin dövlət televiziyasının məlumatına görə, Mubarak Qahirə yaxınlığındakı Tora həbsxanasının xəstəxanasına köçürülüb.

Şərhləri göstər

XS
SM
MD
LG