Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:24

Yəmənin cənubunda döyüş davam edir


Son 2 gündə Yəmənin cənubundakı Abyan əyalətində ordu birləşmələri ilə yaraqlılar arasında baş vermiş toqquşmalarda azı 7 yaraqlı və 1 əsgər ölüb.

Bu barədə ordu komandanlığı xəbər verir.

Hökumət qoşunları mayın 12-dən 1 ildir ki, yaraqlıların nəzarətində olan əyalətə hücuma
keçib.

Ordu birləşmələri demək olar ki, əyalətin paytaxtı Zincibarı nəzarətə götürüblər.

Bu müddət ərzində hər iki tərəfdən ümumilikdə 400 nəfərin öldüyü bildirilir.

Onların demək olar ki, 2/3-ü əl qaidəçidir.
XS
SM
MD
LG