Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:14

Assad deyir ki, Suriya xaricdən qaynaqlanan müharibə qarşısındadır


Suriya prezidenti Bashar Assad

Suriya prezidenti Bashar Assad

İyunun 3-də Suriya prezidenti Bashar Assad parlamentdə çıxış edib. Deyib ki, Suriya müstəmləkəçilik dövründən sonra ən ağır dövrünü yaşayır. O xarici qüvvələri Suriyanı vətəndaş müharibəsinə sürükləməkdə günahlandırıb:
«Suriyadakı islahatlara baxmayaraq terrorçuluq artmaqda davam edir. Terror heç nəyə baxmır, hamını vurur. Xaricdən qaynaqlanan müharibə ilə qarşı-qarşıyayıq. Biz fitnə-fəsadla, ölkənin məhv edilməsi ilə qarşı qarşıyayıq. Üzlərdəki maskalar çıxıb düşüb. Suriyada baş verənlərdə xarici ölkələrin rolu ortaya çıxıb».
Bashar Assad deyib ki, ölkə müharibə ilə üz-üzə qalıb.
Assadin çıxışı əvvəlkilərindən fərqlənməyib. Suriyada baş verənlərə görə terrorçuların məsuliyyət daşıdığını bildirib.
Livanın Tripoli şəhərində isə iyunun 1-dən Assadın tərəfdarları və əleyhdarları arasında başlanmış toqquşmalar davam edir.

Bashar Assad keçən həftə törədilən və 108 nəfərin öldürüldüyü Houla qətliamını «qorxulu cinayət» adlandırıb. Deyib ki, bu qətliamda Suriya hakimiyyətinin əli olmayıb.
14 adamın öldüyü, 48 nəfərin yaralandığı xəbər verilir.
Suriyalı hüquq müdafiəçiləri isə bu ərəfədə ölkədə 57 əsgər də daxil olmaqla 89 nəfərin öldürüldüyünü xəbər verirlər.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG