Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:41

Bashar Assad: "Suriya ən ağır dövrünü yaşayır"


Suriya prezidenti Bashar Assad bazar günü parlamentdə çıxış edərkən deyib ki, ölkə müstəmləkəçilik dövründən sonra ən ağır dövrünü yaşayır.

O xarici qüvvələri Suriyanı vətəndaş müharibəsinə sürükləməkdə günahlandırıb.

Onun çıxışı demək olar ki, əvvəlkilərindən fərqlənməyib, yenə də ölkədə baş verənlərə görə terrorçu birləşmələri günahlandırıb.

Livanın Tripoli şəhərində isə cümə günündən Assadın tərəfdarları və əlehdarları arasında başlamış toqquşmalar davam edir.

14 adamın öldüyü, 48 nəfərin yaralandığı xəbər verilir.

Suriyalı hüquq müdafiəçiləri isə bu ərəfədə ölkədə 57 əsgər də daxil olmaqla 89 nəfərin öldürüldüyünü xəbər verirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG