Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:05

Uşaqlar Prezident Administrasiyasının qarşısında aksiya keçirib


“GEN” MMC tikinti şirkətinin saxtakarlığı ilə üzləşənlərin uşaqları iyunun 1-də Prezident Administrasiyası qarşısında aksiya keçiriblər.

Uşaqlar əllərində “İlham əmi, bizim evimizi ver!”, “Mehriban xala, bizim səsimizi eşidin!”, “İstəyirik evimiz olsun!” şüarları yazılmış plakatlar qaldırıblar.

Zərərçəkənlərin nümayəndəsi Fəridə Ələkbərova Azadlıqradiosuna müsahibəsində bunu indiyə qədər müraciət etdikləri dövlət qurumlarından müsbət cavab ala bilməmələri ilə izah edib.

Onun sözlərinə görə aksiyada 10-yaxın uşaq iştirak edib.

Bir qədər sonra əraziyə gələn polislər uşaqların əllərindəki plakatları alaraq aksiyaçıları ərazidən uzaqlaşdırıblar.

Qeyd edək ki, İyunun 1-i Beynəlxalq Uşaqları Müdafiə günüdür.

Şirkət rəhbəri həbs edilsə də nə aldadılan sakinlərin pulu qaytarılıb, nə də onlar mənzillə
təmin olunublar.

Günün bütün mövzuları

XS
SM
MD
LG