Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:14

Putin: "Kiyevlə imzalanmış qaz müqaviləsi Ukrayna qanunlarına zidd deyil"


Ruaiya prezidenti Vladimir Putin bir daha Ukraynanın həbsəd olan keçmiş baş naziri Yuliya Timoşenkonun məsələsinə münasibətini bildirib.

Putin Fransa prezidenti Francois Hollande ilə görüşdən sonra Parisdə keçirilmiş mətbuat konfransında deyib ki, Timoşenkonun baş nazirliyi dövründə Rusiya ilə Ukrayna arasında imzalanmış qaz müqaviləsi Ukrayna qanunlarına zidd deyil.

Timoşenko bu müqavilə imzalanarkən səlahiyyətlərini aşma ittihamı ilə 7 il həbs cəzasına məhkum edilib.

Amma Putinlə Hollande bu məsələyə görə futbol üzrə Ukraynada keçiriləcək Avropa çempionatını boykotun əleyhinə olduqlarını bildiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG