Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:22

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasında sədrliyi başa çatıb


İyunun 1-də Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev qurumdakı sədrliyi Çinin daimi nümayəndəsi Li Baodong'a təhvil verib.

BMT Təhlükəsizlik Şurası 5 daimi (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin) və 10 müvəqqəti üzvdən ibarətdir.

Ötən ilin oktyabrında Azərbaycan BMT üzvü olan ölkələrin 193-dən 155-nin səsini alaraq iki illiyinə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Azərbaycan növbəti, ikinci dəfə Şuraya 2013-cü ilin sentyabr ayında sədrlik edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG