Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:28
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının mayın 30-da həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad şəhər sakini Şahin Soltanovdan 2 kg 80 qram tiryək və 2,4 kiloqramdan artıq həşiş götürülüb.

APA-nın məlumatına görə, Şatırlı kənd sakini Fikrət Mirələmov qohumları Rahil Gülüşov,
Şahin Gülüşov və şəxsiyyəti hələlik istintaqa məlum olmayan Məhərrəm adlı İran vətəndaşı ilə əlaqəyə girərək həmin narkotik vasitələri mayın 29-da saxlamaq üçün tanışı Şahin
Soltanova verib.

Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Rahil Gülüşov, Fikrət Mirələmov və Şahin
Gülüşov yaxalanıb və barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirlərinin davamı olaraq Fikrət Mirələmovun evindən 1 kiloqramdan artıq tiryək, Rahil Gülüşovun yaşadığı mənzildən isə 840 qram həşiş götürülüb.

Transmilli mütəşəkkil cinayətkar dəstənin digər üzvlərinin də məsuliyyətə cəlb olunmasə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG