Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:32

"Medair" təşkilatının Əfqanıstanda oğurlanmış əməkdaşları azad edilib


Beynəlxalq humanitar təşkilatın Əfqanıstanda oğurlanmış qadın əməkdaşları azad ediliblər.

Bu barədə Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələrinin komandanlığı xəbər verir.

Mərkəzi İsveçrədə olan “Medair” təşkilatınn 2 əməkdaşı və onların 2 yerli həmkarı mayın
22-də Bədaxşan əyalətində oğurlanmışdılar.

Koalisiya qüvvələrinin baş komandanı John Allenin sözlərinə görə onlar NATO və
Əfqanıstan qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində azad ediliblər.

Əfqanıstan rəsmisi əməliyyat zamanı 5 yaraqlının öldürüldüyünü deyir.
XS
SM
MD
LG