Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:46

ABŞ-ın pilotsuz təyyarəsi Pakistan ərazisini vurub


ABŞ-ın pilotsuz təyyarəsinin Pakistanın Şimali Vəziristan əyalətini vurması nəticəsində azı 2 yaraqlı ölüb.

Bu əyalət Əfqanıstanla sərhəddə yerləşir.

Onların getdiyi maşın Vana şəhərinin yaxınlığında raketlə vurulub.

Pakistan təhlükəsizlik xidmətinin adının çəkilməsini istəməyən nümayəndəsi bunun son
11 gündə 6-cə zərbə olduğunu deyir.

Birləşmiş Ştatlar Pakistanın qərbində fəaliyyət göstərən əl qaidəçilərlə mübarizədə pilotsuz təyyarələrdən istifadə edir.

Bu ABŞ-la Pakistan arasında münasibətləri gərginləşdirib.

Pakistan buna suverenlyinin pozulması kimi baxır.
XS
SM
MD
LG