Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:45

Hosni Mubarak ömrlük həbsə məhkum edildi


Qahirə məhkəməsi keçmiş prezident Hosni Mubarakı ömürlük həbsə məhkum edib.

O ötən ilin fevralında ölkədə keçirilən kütləvi etirazlar zamanı törədilmiş kütləvi qətllərdə təqsirli bilinib.

Həmçinin keçmiş daxili işlər naziri Habib al Adly ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmənin keçirildiyi binanı 5 minədək polis və 2 min əısgər qoruyur.

Mubarak məhkəməyə vertolyotla, zala isə xərəkdə gətirilib.

Proses milli televiziya ilə canlı yayımlanır.

Həmçinin Mubarakın 2 oğluna hökm oxunacağı gözlənilir.
XS
SM
MD
LG