Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:29

Bakıda Türkiyə-Azərbaycan dostluğunun rəmzi olan məscid tikiləcək


«Azərbaycanın paytaxtı Bakıda Türkiyə və Azərbaycan dostluğunun rəmzi olacaq məscidin tikilməsi planlaşdırılır».

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

O bildirib ki, Türkiyə və Azərbaycan dövlətləri, iki qardaş xalq arasında dostluğun, birliyin rəmzi olacaq «qardaşlıq məscidi» ideyası Azərbaycan prezidenti İlham Əliyevə məxsusdur:

«Bu ideya Türkiyə tərəfi ilə də müzakirə edilib, çox böyük minnətdarlıq hissi ilə qəbul olunub. Ölkə prezidentinin tapşırığı ilə məscidin tikilməsi üçün yer ayrılıb. Məscid Azərbaycanın hesabına tikiləcək, Azərbaycan prezidentinin Türkiyə xalqına hədiyyəsi olacaq. Hazırda məscidin texniki detallarının işlənilməsi prosesi gedir. Onlar bitib və hər iki tərəf arasında razılaşdırıldıqdan sonra qısa zaman ərzində məscidin tikilməsinə başlanılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG