Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:39
«Korrupsiya cinayətlərinin araşdırılması yasaqlanır».

«Bizim yol» qəzeti yazır ki, «mətbuat camesi «Diffamasiya haqqında» qanunun Milli Məclisdə müzakirə ediləcəyini gözləyərkən «İnformasiya əldə etmək haqqında» qanuna dəyişiklik gündəmə gəlib. Dövlət başçısı İlham Əliyevin imzası ilə Milli Məclisin plenar iclasına tövsiyə edilən layihəni təhlil edən media ekspertləri hesab edir ki, «ölkə Suriya kimi ölkələrin sırasına doğru meyllənir».

Ekspertlər həm də bildirirlər ki, «bu dəyişiklik dünyada ciddi reaksiya doğuracaq».

«Azadlıq» qəzeti isə «İnformasiya əldə etmək haqqında» qanuna dəyişikliklərin hakimiyyətin ailə biznesini ört-basdır etmək istəyindən irəli gəldiyini yazır.

Qəzet hesab edir ki, «Dəyişikliklər korrupsiyanın çiçəklənməsinə münbit şərait yaradacaq».

«İran ancaq sözdə Ermənistanın təcavüzünü pisləyir». «Yeni Azərbaycan» qəzetində yer alan bu fikirlər YAP icra katibinin müavini Mübariz Qurbanlıya məxsusdur.

M.Qurbanlı deyib ki, «…səfirlərin geri çağırılması diplomatik proseduradır və bir qayda olaraq, belə hərəkətlər dövlətlər arasında qarşılıqlı anlaşılmazlıq yarananda, həmçinin mühüm qərarlar qəbul olunan zaman həyata keçirilir. Azərbaycan İranda edilən anti-Azərbaycan çıxışlardan öz narazılığını açıq şəkildə Tehrana bildirdi. Səfirin geri çağırılması həmçinin İran tərəfinin iki azərbaycanlı şairin saxlanması səbəblərinə dair rəsmi olaraq aydınlıq gətirməməsi ilə bağlıdır. Ümumilikdə İran bu ölkədə aparılan anti-Azərbaycan çıxışları ilə əlaqədar rəsmi bəyanatla çıxış etməlidir».

«Ayna» qəzeti öz enerjidaşıyıcılarını dünya bazarına çıxarmaq üçün Türkmənistanın tranzit yollar axtardığını yazır. Məqalədə deyilir ki, Aşqabad BMT Baş Assambleyasında enerjidaşıyıcıların tranzit problemlərinin müzakirəsi ilə bağlı təşəbbüs irəli sürmək niyyətindədir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG