Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:20

Almaniya və Rusiya Suriya probleminin siyasi yolla həllini müdafiə etdiklərini deyirlər



Almaniya kansleri Angela Merkel bildirir ki, Suriya probleminin siyasi yollarla həllinə dair eyni fikirdədirlər.

Bu barədə Merkel iyunun 1-də Almaniyada səfərdə olan Rusiya prezidenti Vladimir Putinlə görüşdə deyib. Merkel Suriyada vətəndaş müharibəsinin qarşısının alınmasına səylər göstərməyə çağırıb.

Rusiya uzun müddətdir ki, Suriyada prezident Bashar al-Assadı müdafiə edir. Buna görə Moskva Qərbdən tənqidlərə məruz qalır.

Suriyada il yarım əvvəl rejim dəyişikliyi tələbilə keçirilən etiraz aksiyalarına hökumətin silahlı müdaxiləsi ölkə boyu zorakılıqlara səbəb olub. BMT indiyə qədər 10 000-dən çox adamın həlak olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG