Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:42

Ukrayna terror törədənlər hökumətdən 4.5 milyon dollar tələb edirmiş?




Ukraynanın Baş prokuroru bildirir ki, bu ilin aprelində Dnepropetrovsk şəhərində baş vermiş terror aktlarının üstü açılıb. Baş prokuror Viktor Pshonka iyunun 1-də deyib ki, artıq hadisəni törədənlərin hamısı onlara məlumdur.

Bundan əvvəl Baş prokuror bildirib ki, bu hadisəyə görə 4 nəfər həbs edilib. O deyir ki, onlar planlarını dayandırması üçün hökumətdən 4.5 milyon dollar tələb edirlərmiş.

Aprelin 27-də Dnepropetrovsk şəhərində dörd müxtəlif yerdə zibil qutusuna qoyulmuş partlayıcıların partlaması 31 nəfərin yaralanmasına səbəb olmuşdu.
XS
SM
MD
LG