Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:34

Nazarbayev sərhəd qoşunlarına hücumu terror adlandırır



Qazaxıstan prezidenti Nursultan Nazartbayev ölkənin Çinlə sərhədində qazax sərhədçilərə hücumu terror aktı adlandırıb.

Bu yaxınlarda sərhəddə Qazaxıstan sərhəd postunun yandırılması nəticəsində 14 əsgər və bir meşəbəyi həlak olmuşdu. Bi qədər sonra öldürülmüş daha bir əsgərin meyiti tapılıb.
Əsgərlərin cəsədi tanınma üçün iyunun 1-də paytaxt Astanaya gətirilib.

Bu gün hüquq-mühafizə orqanları ilə görüşdə hadisəni terror aktı adlandıran prezident Nazarbayev cinayətkarların tapılması üçün bütün addımları atmağı tapşırıb.

Qazaxıstan hər il yay aylarında çinli kəndlilərin sərhədi keçməsinin qarşısını almaq üçün bu ərazilərə müvəqqəti postlar qoyur.
XS
SM
MD
LG