Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:45

Türkiyədə İslamın təhqiri ittihamı ilə məhkəmə başlayıb



İyunun 1-də Türkiyədə ölkənin məşhur pianoçusu və bəstəkarı Fazil Saya qarşı İslam dəyərlərini təhqir ittihamı məhkəmə başlayıb. Proses oktyabr ayında davam edəcək.

Ittihama görə 42 yaşlı bəstəkar özünün Twitter hesabında İslam dəyərlərinə qarşı nifrət və düşmənçiliyə təhrik məzmunlu şərhlər, dini inancları məsxərəyə qoyan fikirlər yazıb.
Bəstəkar ittihamı rədd edir, deyir ki, ateist elan olunandan bəri cəmiyyətdə ayrıseçkiliyə məruz qalır.

Bir neçə dəfə beynəlxalq mükafatlara layiq görülmüş Fazil Saya 2008-ci ildə Avropa Birliyinin mədəniyyət səfiri təyin edilib.

Məhkəmə bəstəkarı günahkar bilsə, o, 18 ay həbsə məhkum oluna bilər.

Türkiyə rəsmi olaraq dünyəvi dövlətdir. Amma 2002-ci ildə islam təmayüllü Ədalət və İnkişaf Partiyası hakimiyyətə gələndən bəri dinə meyllənib.
XS
SM
MD
LG