Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:48

Azərbaycanı Serbiya ilə bağlayan nədir?


Prezidentlər İlham Əliyev və Boris Tadic Belqradda «Taşmaydan parkı»nın açılışında, 8 iyun 2011

Prezidentlər İlham Əliyev və Boris Tadic Belqradda «Taşmaydan parkı»nın açılışında, 8 iyun 2011

-
Bu yazı Eurasia.net saytından götürülüb. Yazının müəllifi Şahin Abbasovdur.

Azərbaycan «Eurovision» Mahnı Müsabiqəsinə ev sahibliyi etdi. BMT-nin Təhlükəsizlik Şurasının da üzvüdür. İndi isə Bakı beynəlxalq aləmdəki mövqeyini həm də donor ölkə kimi möhkəmləndirmək istəyir.

Prezident İlham Əliyev aprelin 16-da Nazirlər Kabinetinin toplantısında deyib ki, «Azərbaycan artıq dünyada siyasi gücə çevrilib. Bizim maliyyə resurslarımızı da nəzərə alsaq, biz həm də maliyyə gücü rolunu oynayırıq».

Bu yaxınlarda Azərbaycan hökuməti Serbiyaya 40 kilometrlik bir şosenin çəkilməsi üçün 370.7 milyon dollar kredit ayırıb. Bu layihə çərçivəsində 78 körpü və 5 tunel tikilməlidir. Bu, Azərbaycanın başqa bir ölkəyə ayırdığı ikinci ən böyük kreditdir. Birinci ən böyük - 755 milyon dollarlıq krediti isə Azərbaycan 2011-ci ildə Gürcüstana vermişdi. Bu kredit Bakı – Tbilisi - Qars dəmiryolunun tikintisinin maliyyələşdirilməsi üçün ayrılmışdı.

Serbiya ilə 15 il müddətinə imzalanmış bu kredit sazişi Azərbaycan parlamentində təsdiq olunub. İlk 3 ili ödəməmək şərti ilə kredit 4 faizlə verilir.

PREZİDENT ŞƏXSƏN GÖSTƏRİŞ VERİB

Gürcüstanla bağlanmış kredit sazişlərinin strateji səbəbləri var. Ancaq Serbiyaya bu məbləğdə kredit ayrılması bir qədər düşündürücüdür. Prezidentlər İlham Əliyev və Boris Tadic Belqradda «Taşmaydan parkı»nın açılışında, 8 iyun 2011

Prezidentlər İlham Əliyev və Boris Tadic Belqradda «Taşmaydan parkı»nın açılışında, 8 iyun 2011

Rəsmilər bununla bağlı məntiqli açıqlama verməyiblər. Bu qərarın ictimai müzakirəsi də keçirilməyib.

Müstəqil iqtisadçı Toğrul Cuvarlı deyir ki, proses qeyri-şəffafdır:

«Hökumətin riskləri və Serbiyanın bu pulu qaytara biləcək qabiliyyətini necə hesablaması aydın deyil».

Serbiyaya ayrılan kredit və 2011-ci ildəki başqa qrantlarla əlaqədar EurasiaNet-in çoxsaylı sorğusuna nə Nazirlər Kabinetindən, nə də İqtisadi İnkişaf Nazirliyindən cavab verilib. Yalnız İqtisadi İnkişaf Nazirliyindən adının açıqlanmasını istəməyən bir nəfər bildirib ki, bütün qərarlar ölkənin siyasi rəhbərliyi tərəfindən verilib:

«Bizdən heç kim heç nə soruşmayıb. Bütün layihələrə, o cümlədən Serbiyaya kredit sazişinə prezident şəxsən göstəriş verib».

TİKİNTİNİ AzAL-a YAXIN ŞİRKƏT APARIR

Belqradda işləyəcək şirkət «AzVirt Organak» şirkətidir. Bu, Azərbaycanda yol tikintisi sahəsində böyük təcrübəsi olan «AzVirt» şirkətinin törəmə şirkətidir. Şirkət artıq Serbiyada işlərə başlayıb.

«AzVirt»in «Azərbaycan Hava Yolları» (AzAL) ilə xüsusi münasibətləri var

«AzVirt»in «Azərbaycan Hava Yolları» (AzAL) ilə xüsusi münasibətləri var

«AzVirt»in sahibləri haqqında məlumat Vergilər Nazirliyinin online qeydiyyat sistemində yoxdur. Təkcə o məlumdur ki, son 10 il ərzində bu şirkət Azərbaycan hökumətinin maliyyələşdirdiyi böyük infrastruktur layihələrini həyata keçirib. O cümlədən, aeroportların tikintisini.

Azərbaycanlı analitiklər deyir ki, «AzVirt»in güman ki, dövlətə məxsus olan «Azərbaycan Hava Yolları» (AzAL) ilə xüsusi münasibətləri var. «Azərbaycan Hava Yolları»na da prezidentin şəxsi dostu olan Cahangir Əsgərov rəhbərlik edir. Cahangir Əsgərovun fikirlərini öyrənmək hələlik mümkün olmayıb.

«SERBİYA SEVGİSİNİN BİR TƏRƏFİ DƏ KORRUPSİYADIR»

2011-ci ildən Azərbaycan Serbiyaya müxtəlif mədəniyyət layihələri üçün bir neçə milyonluq qrantlar ayırıb. Tarixi 16-cı əsrə aid Belqraddakı Bayraklı məscidinin bərpasına 1.14 milyon, «Müqəddəs Petka» kilsəsinin təmirinə 647 619 avro ayırıb. Bundan başqa, Belqraddakı «Taşmaydan parkı»nda Heydər Əliyevin abidəsi qoyulub. Bu parkın təmirinə 325 300 avro qrant ayrılıb.
Zöhrab İsmayıl

Zöhrab İsmayıl


İqtisadçı Zöhrab İsmayıl Bakının Belqrada olan sevgisi haqqında bunları deyir:

«Azərbaycan özünü Avropada donor kimi göstərmək istəyir. Özünün insan haqlarını pozmasını, korrupsiya ilə bağlı problemlərini Avropa mediası, Avropa quruluşları tərəfindən tənqid olunmasının qarşısını almaq istəyir. Həm də burda bəzi korrupsiya riskləri də var. Azərbaycanda hökumət çalışır ki, dövlət sifarişlərini, dövlət satınalmalarını tendersiz həyata keçirsin. Eyni şeyləri də Serbiyada etməyə çalışırlar və edirlər. Serbiya sevgisinin bir tərəfi də korrupsiya amilləri ola bilər».

Siyasi analitik Elxan Şahinoğlu isə deyir ki, Azərbaycanda çoxlu sosial problemlər olduğu halda Bakının Serbiyadakı kilsə və məscidləri təmir etdirməsi onun üçün aydın deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG