Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:45

Əfqanıstanda həbsdə saxlanan tacik məhbuslar ölkələrinə qayıtmaqdan imtina edirlər



Əfqanıstanla Tacikistan arasında məhbusların dəyişdirilməsinə dair razılaşmanın icrası mümkün olmur. Çünki Əfqanıstanda həbsdə saxlanan beş Tacikistan vətəndaşı ölkələrinə dönməkdən imtina edirlər. Buna görə Tacikistanda olan 100-ə yaxın əfqan məhbusu da geri qaytarmaq mümkün olmur.

Tacikistanın Daxili İşlər Nazirliyindən AzadlıqRadiosunun tacik xidmətinə deyiblər ki, narkotik maddələr daşımaq və imiqrasiya qanunlarını pozmaq ittihamı ilə 97 nəfər Əfqanıstan vətəndaşı Düşənbədə hyəbsxanadadır.

Buna bənzər ittihamlarla həbs edilmiş beş Tacikistan vətəndaşının isə ölkələrinə qayıtmaqdan imtina etmələrinin səbəbi bəlli deyil. Əfqanıstanın Tacikistandakı səfiri əlavə edib ki, imzalanmış razılaşmaya görə məhbusları zorla geri Tacikistana göndərmək mümkün deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG