Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:49

Kosovoda NATO əsgəri yaralanıb




Iyunun 1-də Kosovonun şimalında etnik serblərin yolu bağlamasına mane olarkən NATO sülhməramlıları ilə qarşıdurma aranıb. Nəticədə əsgərlərdən biri və üç serb yaralanıb.
Bölgədən gələn məlumatlarda bildirilir ki, bir neçə yüz serb NATO əsgərlərini daşa basıblar. Əsgərlər isə yola qoyulan maneənin götürüb, ərazidə yoxlama məntəqəsi yaradıblar.

Şahidlər bildirir ki, NATO əsgərləri gözyaşardan qazdan və yüngül silahlardan istifadə ediblər. Serblər də qarşıdurmada silah işlədiblər.

Kosovonun şimalında əhalinin əksəriyyətini təşkil edən serblər bu ölkəni tanımırlar.

Kosovonun əksəriyyəti albanlar olan əhalisi isə 2008-ci ildə özlərini müstəqil dövlət elan ediblər. Bu dövləti isə Avropa Birliyinin özündə də ölkələrin çoxu tanımır.
XS
SM
MD
LG