Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:23

İralndiyada avroya dair referendumun nəticələri elan edilir


İrlandiyada avro pul vahidi işlədən ölkələrdə valyuta siyasətinin sərtləşdirilməsinə dair referendumun rəsmi nəticələri iyunun 1-də elan olunmalıdır. Referendum dünən keçirilib.

İlkin rəy sorğularına görə referendumda Almaniyanın irəli sürdüyü bu razılaşma layihəsi qəbul ediləcək.

Həmin layihəyə görə avrozona ölkələrində həddən artıq borclanmanın qarşısını almaq üçün nəzarət mexanizmləri yaradılmalıdır. Qazandığından çox xərcləyən ölkələr isə cərimə olunmalıdır. Bu sənəd 17 avrozona ölkəsindən 12-də təsdiq edilsə, 2013-cü ildən qüvvəyə minə bilər. İndiyə qədər avrozona ölkələrindən dördü sənədi təsdiq edib.

Təhlilçilər deyirlər ki, İrlandiyadan “yox” cavabı gəlsə, bu, iqtisadi böhranla üzləşən avrozona ölkələrində qənaət planlarına qarşı müqaviməti artıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG