Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:00
«Euphoria»nın bəstəkarı bu vaxtadək «Eurovision» Mahnı Müsabiqəsi üçün 58 kompozisiya yazıb.

Bu xəbəri Eurovision.az saytı yayıb.

Xəbərdə deyilir ki, isveçli musiqiçi Thomas G:sonPeter Boström «Euphoria» mahnısını yaradarkən onun bütün Avropanı «eyforiya»da saxlayaraq, 17 ölkənin musiqi çartlarında birinci olacağına sadəcə ümid edirdilər. Bu ümidlər özünü doğrultdu. Mahnı Loreen'in ifasında İsveçə 13 ildən sonra yeni «Eurovision» qələbəsi qazandırdı.

Bəstəkar Thomas G:son 8 ölkənin milli finalında «Eurovision» səhnəsinə çıxmaq uğrunda yarışan 58 mahnının müəllifidir.

Bu ölkələr sırasında İsveçlə yanaşı, İspaniya, Norveç, Finlandiya, Danimarka, Polşa, Latviya, Rumıniya və Belçika da var.

Həmin mahnılardan yalnız 7-si 2001, 2006, 2007, 2010 və 2012-ci illərdə «Eurovision» Mahnı Müsabiqəsində səslənmə imkanı qazanıb.

Thomas G:son 1999-cu ildən müntəzəm olaraq «Eurovision» mahnılarının bəstəkarı kimi fəaliyyət göstərsə də, bu səhnədə ilk qələbə sevincini məhz 2012-ci ildə «Euphoria» mahnısı ilə yaşaya bildi.

Bəstəkarın builki müsabiqədə daha bir mahnısı İspaniya təmsilçisi Pastora Soler'in ifasında səslənirdi.

Onun Tony Sánchez-OhlssonErik Bernholm'la birgə ərsəyə gətirdiyi «Quedate conmigo» mahnısı ilk onluqda yer aldı. Bu mahnı Thomas'ın İspaniya üçün yazdığı ikinci «Eurovision» bəstəsi idi.

«Euphoria»nın digər həmmüəllifi Peter Boström ilk mahnısını 7 yaşında yazıb. 21 yaşında şəxsi prodüser şirkətini yaradan musiqiçi İsveçin məşhur ifaçıları ilə işləyir.
Bəstəkar 2008-ci ildə İsveçin populyar Melodifestivalen yarışmasına mahnılar yazmağa dair müqavilə imzalayıb. Ölkənin «Eurovision» Mahnı Müsabiqəsindəki təmsilçisi məhz bu yarışmada müəyyən olunur.

Peter Boström bu il Norveç təmsilçisi Toojin'in «Bakı Büllur Zalı» səhnəsində ifa etdiyi «Stay» mahnısının da bəstəkarlarından biridir.

Xəbərdə vurğulanır ki, onun Thomas'la birlikdə yazdığı «Euphoria» mahnısı 372 səslə birinci olduğu halda, Norveç üçün bəstələdiyi «Stay» mahnısı 7 səslə sonuncu yerdə qərarlaşıb.
XS
SM
MD
LG