Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:05

Gəncənin avtovağzalı yeni əraziyə köçürüldü


Bu barədə «Gəncə Avtovağzal» ASC-nin sədri Namiq Həsənov məlumat verib.

Bildirib ki, «Yevlax avtovağzalı» kimi tanınan avtobus və sərnişindaşıma terminalının yeni əraziyə köçürülməsinin məqsədi şəhərdə nəqliyyat sıxlığını azaltmaqdır.

N. Həsənovun deməsinə görə, avtovağzal üçün şəhərin Bakı istiqamətindən giriş hissəsində, «Azəralüminum» ASC-nin Gəncə «Gil-Torpaq» İstehsalat Sahəsinin yaxınlığında 5 hektar torpaq sahəsi ayrılıb.

İnfrastrukturu normal səviyyədə qurulmuş olan adıçəkilən ərazidə avtovağzal fəaliyyətini davam etdirəcək. N. Həsənov əlavə edib ki, avtovağzalın köçürülməsi üçün şəhər rəhbərinin sərəncamı da vardır.

Sözügedən ərazidə Gəncə Beynəlxalq Avtovağzalı da tikiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG