Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:47

İnformasiya əldə etməyə yeni məhdudiyyət qoyulur


İyunun 1-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu və insan hüquqları komitələrinin birgə iclasında «İnformasiya əldə etmək haqqında» qanuna əlavələr müzakirəyə çıxarılıb.

Əlavədə qeyd olunur ki, informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycanın siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

Mediaforum saytı bildirir ki, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, informasiya əldə edilməsinin məhdudlaşdırılması çərçivəsi göstərilməyəndə bundan sui-istifadə olunur: «Bəzən ehtiyac olmayan yerdə də informasiya əldə etməsinə məhdudiyyətlər qoyulur. Əlavə informasiyanın əldə olunmasının məhdudlaşdırılmasına konkret çərçivələr müəyyən edəcək».

Prezidentin imzası ilə göndərilən layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
XS
SM
MD
LG