Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:13

«28 May» metro stansiyasının girişi 3 aylığına bağlanır


«28 May» metro stansiyası

«28 May» metro stansiyası

Bakı Metropoliteninin paytaxtın mərkəzində yerləşən «28 May» stansiyasının əsas giriş-çıxışı təmirə görə bağlanır.

Stansiyanın Salatın Əsgərova küçəsində yerləşən giriş-çıxışı isə fəaliyyətini davam etdirəcək. Bunu APA-ya Metropolitenin baş mühəndisi Elbrus Muradov bildirib.

Onun sözlərinə görə, təmir işləri iyunun 10-dan başlayacaq və sentyabra qədər, yeni tədris il başlanana kimi davam edəcək. Bu işlər çərçivəsində stansiyanın girişi təmir ediləcək və buradakı eskalatorlar dəyişdiriləcək.

E.Muradov hazırkı eskalatorların istismar müddətinin başa çatdığını bildirib: «Onlar «İçərişəhər» stansiyasında olduğu kimi daha müasir, Almaniya istehsalı olan eskalatorlarla əvəz ediləcək».

Təmir işləri nəticəsində stansiyada əlavə eskalatorun quraşdırılması və onların sayının 3-dən 4-ə çatdırılması nəzərdə tutulub. Rəis müavininin sözlərinə görə, bu yenilik sərnişinlərin hərəkətini asanlaşdıracaq, stansiyanın sərnişin qəbul etmə və sərnişin buraxma qabiliyyətini yüksəldəcək.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG