Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:50

BMT-nin dəstəyi olmadan Suriyaya müdaxilə ola bilməz


ABŞ müdafiə naziri Leon Panetta Suriyaya hərbi müdaxilənin mümkünlüyü ilə bağlı vəziyyəti şərh edib. Bildirib ki, BMT-nin dəstəyi olmadan hər hansı hərəkət ola bilməz.

Mayın 31-də Suriya hakimiyyəti Houla qəsəbəsindəki dinc adamların ölümünə görə silahlı müxalifəti ittiham edib. Bundan əvvəl isə BMT Təhlükəsizlik Şurası Houlada baş verənlərə görə Suriya hakimiyyətini günahlandırıb.

Keçən həftə Houlada baş vermiş qətliam nəticəsində 108 nəfər öldürülmüşdü. Onlardan 49-u uşaq idi.
XS
SM
MD
LG