Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:31

Sovet əmanətləri bu gündən qaytarılır


İyunun 1-dən SSRİ-dən qalma əmanətləri Azərbaycanda qaytarmağa başlayırlar..

1992-ci il yanvarın 1-dək əmanətləri olan şəxslərdən sənədlərin qəbulu 2012-ci il dekabrın 31-dək davam edəcək.

Əmanətçilər fərdi birdəfəlik ödəməni maksimum beş gün müddətində ala biləcəklər. Ancaq araşdırmaya ehtiyac olarsa, bu müddət uzana bilər.

Əmanətlərin qaytarılması 2013-cü il dekabrın 31-nə qədər nəzərdə tutulub.

Bu proses prezident İlham Əliyevin “Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” 2012-ci 14 mart tarixli fərmanına əsasən həyata keçirilir.

Əmanətlərin qaytarılması 2,4 mln. bank hesabını əhatə edir. Bunun üçün nəzərdə tutulan maliyyə vəsaiti isə 1 mlrd. manata yaxındır.

Günün bütün mövzuları

XS
SM
MD
LG