Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:08

Hidayət Orucov işdən azad edilib


Hidayət Orucov Dini Qurumlarla Is üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev mayın 31-də bu barədə sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elşad Iskəndərov komitəyə sədr təyin edilib.

Yazıçı Hidayət Orucov prezident administrasiyasına 1992-ci ildə sabiq prezident Əbülfəz Elçibəy tərəfindən gətirilmişdi. Hazırda azad edildiyi vəzifəsindən əvvəl, 2006-cı ilə qədər prezidentin millətlərarası münasibətlər üzrə müşaviri olub.

Yeni sədr Elşad Iskəndərov isə bundan əvvəl Dialoq və Əməkdaslıq ugrunda Islam
Konfransı Gənclər Forumunun baş katibi olub.
XS
SM
MD
LG