Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:40
Azərbaycanda tikiləcək neft emalı zavodunda xammal kimi istifadə olunacaq neftin mənbələri üzrə seçim aparılır.

Yeni neft-qaz və neft-kimya emalı kompleksinin inşası çərçivəsində tikiləcək zavodun illik istehsal gücü 10 mln. ton olacaq.

APA-nın məlumatına görə, Azərbaycan Dövlət Neft Şirkətinin strateji inkişaf üzrə vitse-prezidenti Tofiq Qəhrəmanov bildirib ki, birinci varianta əsasən, xammalın 70%-ni

Azərbaycan, 20%-ni Qazaxıstan, 10%-ni isə Rusiya nefti təşkil edəcək.

İkinci variantda isə 70% ARDNŞ, 30% isə «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda
Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti tərəfindən hasil edilən neftdən istifadə edilməsi nəzərdə tutulur.

Tofiq Qəhrəmanovun sözlərinə görə, birinci variantın tətbiq edilməsi ehtimalı daha çoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG