Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16

Misirdə 2 amerikalı turis oğurlanıb


Misirin Sina yarımadasında 2 amerikalı turist oğurlanıb.

Bu barədə Misir Təhlükəsizlik Xidmətinin nümayəndəsi xəbər verir.

Onun sözlərinə görə yaraqlılar onların getdiyi maşını saxladaraq naməlum istiqamətə aparıblar.

İlkin məlumata görə hakimiyyət bu yaxınlarda yaraqlıların qohumlarından birini həbs edib və məqsəd çox gümün ki, turistləri onunla dəyişməkdir.

Bu ilin fevralında da adada 2 amerikalı turist oğurlanmışdı.

Amma az sonra onlar azad edildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG