Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:16
Yazıçı Zümrüd Yağmurun “Günahkarın ölümü” kitabı Təbrizdə Azərbaycan dilində nəşr edilib.

Kitabda müəllifin hekayə və esseləri yer alıb.

“Günahkarın ölümü” ilk dəfə iki il öncə Bakıda çap edilmişdi.

Yazıçı bildirib ki, kitabının Təbrizdə çapı ilə bağlı bu günlərdə aldığı e-mail onun üçün əsl sürpriz olub.

“Kitab “Neday-i Şəms” yayın evində 10000 nüsxə ilə dərc olunub.

Kitabı əski əlifbaya çevirən və nəşr işləri ilə məşğul olan Təbriz türkü Əhəd Fərəhməndidir” – deyə yazıçı bildirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG