Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:23

Sovet vaxtindan banklarda qalan əmanətlərin verilməsi başlayır


İyunun 1-dən Azərbaycanda keçmiş SSRİ Əmanət bankının Azərbaycan şöbəsinin 1992-ci il yanvarın 1-i üzrə əmanətçilərinə birdəfəlik fərdi ödənişlərin verilməsi prosesinə başlanılır.

«Birdəfəlik ödənişlərin verilməsi haqqında qərarın qəbul edilməsi son illərdə ölkənin əldə etdiyi iqtisadi uğurlar, makroiqtisadi sabitlik, maliyyə resurslarının artması hesabına mümkün olub», maliyyə naziri Samir Şərifov mayın 31-də jurnalistlərə bildirib.

«Həm sovet, həm də indiki qanunvericiliyə görə, dövlət Əmanət Bankının hesabında olan vəsaitlərin verilməsi üzrə məsuliyyət daşımır. Həmin ödənişlərin ödənilməsi bir növ ölkə əhalisinə əlavə maliyyə yardımıdır», nazir deyib.

Onun sözlərinə görə, Prezidentin fərmanını qüvvəyə minəndən bu günə kimi AzSSR Əmanət Bankının varisi olan «Kapital Bank» ödənişlərə başlamağa hazırlıq üzrə böyük həcmdə işlər görüb.

Bankın ödənişlərin verilməsi mərkəzi rəhbərinin müavini Fərhad Adıgözəlovun sözlərinə görə, ödəniş 143 məntəqədə həyata keçiriləcək. Onların 78-i rayonlarda yerləşir.

«Həmin məntəqələrdən 91-i «Kapital Bank»ın filial və şöbələrində, yerdə qalanı isə xüsusi olaraq bu məqsədlər üçün yaradılan məntəqələrdə həyata keçiriləcək. Bankın saytında bu məntəqələrin yerləşdiyi əraziləri göstərən xüsusi elektron xəritə yaradılıb», Adıgözəlov deyib.

Pul vəsaitlərinin verilməsi prosesi 2012-ci ilin iyununda başlayır və 2013-cü il dekabrın 31-də başa çatır.

Günün bütün mövzuları

XS
SM
MD
LG