Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:35

Suriya müxalifətçiləri hakimiyyətə tələb qoydu


Müxalif “Azad Suriya Ordusu” deyir ki, prezident Bashar al-Assad rejimi Birləmiş Millətlər Təşkilatının sülh planını iyunun 1-ə qədər yerinə yetirməyə başlamalıdır. Əks halda müxalif döyüşçülər barışıq niyyətindən əl çəkəcək.

Müxalifət rəhbərlərin bəyanatında deyilir ki, ötən cümə Houla şəhərində qadınların və uşaqların qətliamı göstərir ki, birtərəfli barışığa bəraət qazandırmağın yeri yoxdur, çünki Assad beynəlxalq sülh təmsilçisi Kofi Annanın 6 maddəlik planını basdırıb.

Bu ultimatum iyunun 1-i günorta saatlarına qədər Suriya hərbçilərinə qoşunları, tankları və artilleriyanı geri bütün mülki ərazilərdən geri çəkməyə və atəşkəsi bərpa etməyə çağırır.

Bəyanatda bildirilir ki, Assad hakimiyyəti müstəqil media və humanitar qrupların bütün regionlara girişini təmin etməli və bütün etirazçıları və siyasi məhbusları azad etməlidir. Həmçinin BMT təmsilçiləri ilə “ciddi razılaşmalar”a başlamaq da tələb edilir.
XS
SM
MD
LG