Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:43

Putin Belorus, Almaniya və Fransaya səfərə başlayır


Vladimir Putin öz prezidentliyinin üçüncü dönəmində ilk rəsmi xarici səfərini Belorus, Almaniya və Fransaya edəcək.

Bu üç səfər çox simvolik qiymətləndirilir, çünki avtokratik ölkə olaraq Belorus beynəlxalq aləmdən təcrid olunub və Rusiyanın güclü təsiri altındadır. Almaniya və Fransa isə Rusiyanın Avropa Birliyi üzvləri arasında əsas partnyorlarıdır.

Mayın 31-də Putin Minskdə prezident Aleksandr Lukaşenko ilə görüşməyi planlaşdırır.

Fransanın yeni seçilmiş prezidenti Francois Hollande ilə ilk görüşdən əvvəl isə o, alman kansleri Angela Merkellə Berlində danışıqlar aparacaq.

Mayın 7-də üçüncü prezident andiçməsini edən Putin bu ayın əvvəlində ABŞ-da Böyük Səkkizlərin sənaye sammitinə qatılmaqdan imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG