Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:47

Tibetlilər Çinə etiraz edir


ABŞ-da yerləşən “Azad Asiya” Radiosu məlumat verir ki, son günlərdə Lhasada yüzlərlə tibetli saxlanılıb və ötən bazar günü onlardan ikisi özünü yandırıb.

Tibetlilərin hüquq müdafiəçi qruplarından bildirilir ki, 2011-ci ilin martından bəri ən azı 35 tibetli etiraz olaraq özünə qəsd edib, 27 nəfər isə verilən işgəcələr nəticəsində ölüb.

Mayın 30-da Çinin qərbindəki Sichuan əyalətindən özünü qurban verən sonuncu şəxslər 3 tibetli ana olub.

Çin rəsmiləri bu cür etiraz edənləri “terrorçu” adlandırır. Tibet Muxtar Vilayətində Kommunist Partiyasının siyasi və hüquqi işlər üzrə təmsilçisi Hao Peng hakimiyyəti vadar edib ki, internetdə və sms məktublaşmalarında məhdudiyyəti möhkəmləndirsin.

Tibetlilər deyirlər ki, ümidsiz tibetlilərin Çin idarəetməsinə qarşı özünəqəsd formasında etirazına günahkar Pekinin sərt siyasətidir.
XS
SM
MD
LG