Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:47

Müsavat başqanının müavini Arif Hacılının anası vəfat edib


Hazırda həbsdə olan Müsavat Partiyası başqanının müavini Arif Hacılının anası Zahidə Hacıyeva uzun sürən xəstəlikdən sonra vəfat edib.

Bu barədə APA-ya A. Hacılının qardaşı, Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli məlumat verib. O, vəfat xəbərini A. Hacılıya şəxsən özünün çatdırdığını deyib:

«Xəbəri göz yaşlarıyla qarşıladı. Biz hüquq müdafiəçiləri vasitəsilə Penitensiar Xidmətin rəhbərliyinə də bu barədə məlumat verdik. Xidmətə müraciətin edilməsi ilə bağlı məsələlərlə vəkillər məşğul olur. Dəfn sabah saat 17.00-da Zaqatalada olacaq. Ümid edirik ki, Arif Hacılının həmin vaxta qədər Zaqatalaya gəlməsinə icazə veriləcək».

Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev isə mayın 30-da gec saatlara qədər işdə olduğunu, həmin vaxt ərzində A. Hacılının adından müraciət daxil olmadığını bildirib: «Hər bir məhkumun ailə üzvləri, doğmaları dünyasını dəyişərkən dəfndə iştirakına icazə verilməsi ilə bağlı müraciət etmək hüququ var. Həmin məhkumdan da bu cür müraciət daxil olacaqsa, bu məsələyə dərhal və müvafiq qaydada qanunlar, eyni zamanda humanizm prinsipi çərçivəsində baxılacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG