Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:46

«Eurovision»a görə 45 min alan QHT-lər, Avropanın qalstuku...


Mətbuat icmalı
Mətbuat icmalı
«Azadlıq» qəzeti «Bakı məktəblərindəki rüsvayçılığın rəsmi statistikada» necə əks olunmasından yazır. Qəzetə görə, «paytaxtın 197, 256 və 295 saylı orta məktəbinin bir abituriyenti də ali məktəb tələbəsi ola bilməyib».

Qəzetin yazdığına görə, «paytaxtın ən yaxşı məktəbləri sırasında uğurlu nəticəni liseylər təşkil edib».

«İKİNCİ İSRAİL DƏ TAPMAQ OLAR»

«Azərbaycan Avropanın qalstukundan asılı deyil». Bunu «Bizim Yol»a müsahibəsində Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı dünyada karbohidrogen ehtiyatlarına böyük ehtiyac olduğunu və belə bir ölkəni tapmağın da çətin olmadığını qeyd edib.

«Neftimizin 40 faizindən çoxunu alan ikinci bir İsrail də tapmaq olar» deyə deputat bildirib.

«EUROVİSİON»UN TƏBLİĞİ ÜÇÜN 7 QHT-YƏ VERİLƏN PULLAR

«Yeni Azərbaycan» yazır ki, «Eurovision 2012» tədbirləri çərçivəsində 7 QHT-nin layihəsi maliyyələşdirilib. Qəzet həmin layihələrin həyata keçirilməsinə ümumilikdə 45 min 500 manat vəsait xərcləndiyini bildirir.

«QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qeyd edib ki, müvafiq layihələrin maliyyələşdirilməsinin məqsədi həm ölkəmizdə, həm də xaricdə böyük əks-səda doğuran bu müsabiqənin yüksək səviyyədə keçirilməsinə nail olmaq idi».

1 HƏFTƏ ƏVVƏL İŞƏ DÜŞƏN FUNİKULYOR YENİDƏN BAĞLANIB

«Yeni Müsavat» qəzeti yazır ki, «Prezidentin bir həftə əvvəl açdığı funikulyor təmirə bağlanıb».

Qəzet Bakı funikulyorunun və şəhər icra hakimiyyətinin rəsmilərinin isə məsələyə hələ münasibət bildirmədiyini qeyd edir.

«Azərbaycan» qəzeti yazır ki, «Dünyada baş verən iqtisadi böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG