Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:42

Azərbaycanın Avropa gündəmi… [Video]


Azərbaycanın Avropa gündəmi…
Gözlə

No media source currently available

0:00 0:55:01 0:00
Direct-ə keçid

Azərbaycanın Avropa gündəmi…

«Azərbaycan Naminə» İctimai Forumun prezidenti, politoloq Eldar Namazov və REAL Hərəkatının sədri İlqar Məmmədov Avropa Parlamentinin qətnaməsi haqda Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirirlər.

«Bu sənəd əvvəllər Azərbaycanla bağlı qəbul olunmuş sənədlərdən ciddi surətdə fərqlənir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Azərbaycan Naminə» İctimai Forumun prezidenti, politoloq Eldar Namazov Avropa Parlamentinin qətnaməsi haqda Milli Məclisdə səsləndirilən fikirlərə münasibət bildirərkən deyib:

«Bu qətnamədə bir bənd var ki, buna uyğun olaraq Azərbaycanda insan haqlarını pozan məmurlara qarşı sanksiya qəbul oluna bilər. Bu günə kimi rəsmi sənədlərdə belə bir bənd olmayıb. Bu o deməkdir ki, insan haqlarını pozan məmurların siyahısı tutulur və onların Avropadakı bir çox fəaliyyətlərinə yasaqlar qoyulur. Məsələn, viza məsələsi və kiminsə hesabının dondurulması kimi…».

E.Namazov deyir ki, Azərbaycan məmurlarının Avropadakı biznes fəaliyyətləri nəzərə alınarsa, bu, onlar üçün çox ciddi və qorxulu bir tendensiyadır. Onun fikrincə, bu bəndin bir sıra müsbət nəticələri ola bilər:

«Ola bilsin ki, dövlət məmurları kimisə saxta ittihamla həbs etməkdən, hansısa bloqqerə, jurnalistə, partiya və vətəndaş cəmiyyətinin fəallarına qarşı saxta qərar çıxartmaqdan ehtiyat edəcəklər».

E.Namazovun fikrincə, bu qətnamənin Azərbaycan parlamentində kəskin reaksiya doğurmasının səbəbi məhz elə bu bənddir.

AVROPA PARLAMENTİ MİLLİ MƏCLİSİ ALDADIB?

REAL Hərəkatının sədri İlqar Məmmədov deyir ki, bu sanksiyalar təkcə ali rütbəli məmurlara şamil edilməməlidir:

«Məsələn, əgər Azərbaycanda seçkilərlə bağlı sanksiya tətbiq olunacaqsa, bu, Məzahir Pənahova tətbiq olunacaq. Bizim təklifimiz odur ki, beynəlxalq müşahidə missiyası hansı məntəqədə seçki saxtakarlığı tapıbsa, həmin məntəqənin seçki komissiyasının üzvlərinə qarşı heç olmasa viza sanksiyaları tətbiq etsinlər…».

İ.Məmmədov Avropa Parlamentinin Azərbaycan parlamentini aldatdığını deyir:

«Cəmi bir ay öncə Avropa Parlamenti Qarabağla bağlı başqa bir qətnamə qəbul etmişdi. Azərbaycan rəhbərliyi və Milli Məclis bunu toy-bayram kimi qəbul etdi. Düzdür, burda bayram ediləsi bir şey yox idi, amma qətnamənin bəzi bəndləri Azərbaycanın maraqlarına cavab verirdi. İndi nə oldu? Cəmi bir ay qabaq Qarabağ mövzusunda qətnamə qəbul edən Avropa Parlamenti indi, Oqtay Əsədovun dediyi kimi, erməni lobbisinin təsirinə düşüb?..».

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG