Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:52

Yəməndə 20-dən çox yaraqlı öldürülüb


Yəmənin cənubundakı Abyan əyalərində gedən son döyüşlərdə 20-dən çox yaraqlı öldürülüb.

Həmçinin ordu komandanlığı 6 əsgərin öldüyünü xəbər verir.

Ordu qüvvələri yaraqlıların əsas dayaq nöqtələrindən biri olan Caar kəndinə hücuma keçib.

Rəsmi məlumata görə, mayın 12-dən bu yana əyalətdə gedən döyüşlərdə 270-dən çox yaraqlı, 80-dən çox əsgər və 18 mülki sakin ölüb.
XS
SM
MD
LG