Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:28

İlham Əliyevin Naxçıvan səfəri sona yetib


İlham Əliyev və Vasif Talıbov
İlham Əliyev və Vasif Talıbov
Azərbaycan prezidenti İlham Əliyevin Naxçıvan səfəri sona yetib.

APA-nın məlumatına görə, prezident səfər zamanı Heydər Əliyevin abidəsini ziyarət edib,
Kəngərli rayonunda ictimaiyyət nümayəndələri ilə görüşüb və parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını edib.

Bundan sonra prezident rayondakı “N” saylı hərbi hissədə qərargah binasının açılışında da iştirak edib, əsgərlərin şəraitilə tanış olub, hərbi hissədəki silah-sursat və hərbi texnikaya baxıb.

Daha sonra dövlət başçısı Naxçıvan-Culfa avtomobil yolu və musiqi məktəbinin açılışında iştirak edib, Culfa sərhəd komendantlığı və sərhəd zastavasında aparılan yenidənqurma
işləri ilə də tanış olub.

Bununla da prezidentin Naxçıvan səfəri sona yetib və bu gün Bakıya dönüb.
XS
SM
MD
LG