Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:52

Bakı-Tbilisi-Ərzurum kəmərində yanğın söndürülüb


Foto arxiv
Foto arxiv
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars əyalətindən keçən hissəsində yanğın artıq söndürülüb.

Ötən gün yerli vaxtla saat 20.00 radələrindən başlayan yanğın 6 saat sürüb.

Hazırda hadisə yerinə baxış keçirir.

Partlayış nəticəsində kəmərin 10 metri tamamilə dağılıb.

Güman edilir ki, partlayışı PKK yaraqlıları törədib.

Bakı-Tbilisi-Ərzurum kəmərilə Türkiyəyə Azərbaycan qazı nəql olunur.

Hadisəyə görə, Azərbaycandan Türkiyəyə qaz nəqli dayandırılıb.

Azərbaycan Dövlət Neft Şirkəti təmirdən sonra qaz ixracının bərpa olunacağını deyir.
XS
SM
MD
LG