Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:37

«Azərbaycan dövlətinin Suriya ilə bağlı qərarı yoxdur»


«Azərbaycan Suriyaya silah satmır. Bu haqda beynəlxalq mətbuatın yazdıqları yanlışdır».

Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev mayın 30-da mətbuat konfransında deyib.

«Suriyaya silah satan ölkələr arasında Azərbaycanın adının olması yanlış məlumatdır və bunu təkzib edirik».

AzadlıqRadiosunun «Qərb ölkələri Suriya diplomatlarını öz ölkələrindən çıxarır, Azərbaycan da belə bir addım ata bilərmi» sualına isə Elman Abdullayev belə cavab verib:

«Hal-hazırda Azərbaycan dövlətinin bununla bağlı qərarı yoxdur. Amma təbii ki, biz Suriyadakı vəziyyəti yaxından izləyirik və səfirliyimizlə əlaqələndirmə aparırıq. Hər hansı məlumat olarsa, məlumat verəcəyik».
XS
SM
MD
LG