Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:32

Rusiyaya Suriyaya hərbi müdaxilənin əleyhinədir


Moskva Suriyaya hərbi müdaxilənin qəti əleyhinədir.

Bunu çərşənbə günü Rusiya xarici işlər nazirinin müavini Gennadi Gatilov deyib.

O həmçinin qeyd edib ki, Rusiya mayın 25-də Hula şəhərində 108 dinc sakinin qətlinə görə
BMT-nin təhlükəsizlik şurasında Suriyaya qarşı yeni tətbirlərin müzakirəsini məqsədəuyğun saymır.

Fransa prezidenti Francois Hollande çərşənbə axşamı təhlükəsizlik şurasının dəstəyi ilə
Suriyaya hərbi müdaxilənin mümkünlüyünü istisna eləməyib.

Həmçinin Çin Suriyaya hərbi müdaxilənin əleyhinədir.

Həmçinin Birləşmiş Ştatlar hazırda Suriyaya hərbi müdaxiləni məqsədəuyğun saymadığını bəyan edib.

Yaponiya Hula şəhərindəki qırğından sonra Suriya səfirinə ölkədən çıxmağı göstəriş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG