Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 09:44

«Son zəng» günü Bakı məktəbləri polis nəzarətində olacaq


Bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, hər il olduğu kimi, bu il də bununla əlaqədar BŞBPİ tərəfindən xüsusi tədbirlər planı hazırlanıb.

Tədbirlər planına əsasən, mayın 31-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və «Son zəng»lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

S. Bağırov «Son zəng» günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.
XS
SM
MD
LG