Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:03

Təhsil naziri ali və orta ixtisas məktəblərinin rəhbərlərinə tapşırıqlar verib


Azərbaycanın təhsil naziri ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili və keçirilməsi ilə bağlı məktəb rəhbərlərinə tapşırıqlar verib.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ali və orta ixtisas təhsili müəssisələrində 2011/2012-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq üçün məktəb rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməlidirlər. Rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı və «Qaynar xətt» yaratmalıdırlar.

Məktəb rəhbərləri qərargaha və «Qaynar xətt»ə daxil olan hər bir şikayət barədə nazirliyin «Qaynar xətt» xidmətinə operativ məlumat verilməsini, imtahan sessiyasında şəffaflığı və ictimai nəzarətin gücləndirilməsini təmin etməlidirlər. İmtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslərə qarşı mövcud qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Məktəb rektorları və direktorları rəhbərlik etdikləri təhsil müəssisələrində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyacaqlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG